`Femida 007`-yə xəbərdarlıq olundu - RƏSMİ AÇIQLAMA


21:29     14 Aprel 2016 Prokurorluq_Yeni_Bina79.jpg

“Femida-007” qəzetinin baş redaktoruna xəbərdarlıq edilib.
Bu barədə məlumatı Femida.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.


Femida.az internet saytının adından və elektron poçt ünvanından sui-istifadə etməsi ilə bağlı “Femida-007” qəzeti barəsində qanunamüvafiq tədbir görülməsinə dair həmin saytdan daxil olmuş müraciət Baş Prokurorluqda araşdırılıb.

Araşdırmalar nəticəsində “Femida-007” qəzetinin rəhbərliyi tərəfindən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildiyindən qəzetin baş redaktoru Baş Prokurorluğa dəvət edilərək ona “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə müvafiq qaydada yol verdiyi qanun pozuntusunun aradan qaldırılmayacağı təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbir görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.”

Xatırladaq ki, “Femida 007” adlı qəzet Femida.az saytının adından sui-istifadə edərək biznes fəaliyyəti məşğuldur. Daima şantaj və reketçilik xarakterli yazılar dərc edən “Femida 007” adlı qəzet öz saylarında Femida.az saytını qəzetin rəsmi elektron portalı kimi qeyd edib.Qəzetin baş redaktoru Əyyub Kərimovla əlaqə saxlayıb məsələni həll etməyə çalışsaq da, hüquqşünas mövqeyi deyil "qanuni oğru"münasibəti ilə qarşılaşdıq. Belə ki, özünü hüquqşünas adlandıran, əslində isə qeyri-qanuni əməlləri ilə ölkədə ad çıxaran Əyyub Kərimov etikadankənar davranış nümunələri sərgiləyib. O, əməkdaşımızla danışarkən heç bir etikaya sığmayan “əcəb edirəm”, “get, istədiyin yerə müraciət elə” kimi ifadələr səsləndirib.
Buna görə də saytın rəhbərliyi rəsmi şəkildə Baş Prokurorluğa müraciət etmişdi.


Femida.az

Açar sözlər:

Oxunub: 4939


Oxşar xəbərlər